Laricani Ermənistan Təhlükəsizlik Şurasının katibini İrana dəvət edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Təhlükəsizlik Şurasının Aparatına istinadən məlumat yayıb.
Qriqoryan Laricanini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, Ermənistan və İran arasında institusional əlaqələrin qurulduğunu qeyd edib. O, yaxın gələcəkdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən ediləcəyinə əminliyini bildirib.
Laricani isə öz növbəsində, iki ölkə arasında çoxşaxəli qarşılıqlı fəaliyyət çərçivəsində töhfə verməyə hazır olduğunu deyib. O, Qriqoryanı İrana səfərə dəvət edib.
Oxşar xəbərlər
ABŞ-də bəzi əməkdaşlar elektrik şoku verən əlcəklərlə təchiz oluna bilər
ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşlarının elektrik şoku verə bilən xüsusi əlcəklərlə təchiz edilməsi planlaşdırılır. BAKU.WS xarici mediaya ist...