La-Manş boğazında 8 nəfər həyatını itirib
Yeniliklərdən dərhal xəbərdar olun
La-Manş boğazında immiqrantları daşıyan qayığın batması nəticəsində 8 nəfər həyatını itirib.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, Fransanın Dəniz Qubernatoru xilasetmə işlərinin heç bir nəticə vermədiyini açıqlayıb. Bu, son iki həftə ərzində ikinci faciəli hadisədir.
La-Manş boğazında iki ayrı miqrant qayığı iki həftə ərzində ikinci dəfədir ki batır. Verilən açıqlamada 59 immiqrantın olduğu qayıqda 8 nəfərin öldüyü bildirilib.
Fransa Dəniz Qubernatoru tərəfindən açıqlama verilib:
"Göstərilən təcili yardıma baxmayaraq, təəssüf ki, onlardan 8-nin öldüyü təsdiqləndi. Dənizdə aparılan axtarışlar zamanı sağ qalan olmadı. Boulogne-sur-mer prokurorluğu tərəfindən araşdırma başladıldı."
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...