Küveytdə neft emalı zavodunda PUA hücumu - Yanğın baş verib
Küveytin Mina əl-Əhmədi neft emalı zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Kuwait News Agency" məlumat yayıb.
Bildirilib ki, "Kuwait Petroleum Corporation"a məxsus Mina əl-Əhmədi neft emalı zavodu səhər saatlarında bir neçə PUA-nın hədəfi olub. Hücum nəticəsində müəssisənin bəzi qurğularında yanğın baş verib, bir sıra istehsal sahələri isə təhlükəsizlik məqsədilə dayandırılıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Yanğın və fövqəladə hallar xidmətləri dərhal əraziyə cəlb olunub və alovun söndürülməsi istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Rusiya ordusu Zaporojyeni atəşə tutub: ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində genişmiqyaslı hücumlar həyata keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Admin...