Küveytdə neft emalı zavoduna edilən PUA hücumu yanğına səbəb oldu
İranın Küveytin "Əl-Əhmədi" limanındakı neft emalı zavoduna PUA hücumu zamanı yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin "KUNA" xəbər agentliyi zavodun sahibi olan Küveyt Neft Korporasiyasına istinadən məlumat yayıb.
"Əl-Əhmədi" neft emalı zavodundakı istehsal bölmələrindən birinə dron hücumu edilib və nəticədə yanğın baş verib", - deyə açıqlamada bildirilib.
Hadisə zamanı heç kimin xəsarət almadığı vurğulanıb.
Bu gün "Reuters" agentliyi Səudiyyə Ərəbistanının əsas neft limanı olan "Yanbu əl-Bəhr" havadan hücuma məruz qaldığını bildirib.
Bir gün əvvəl Səudiyyə Ərəbistanı və Küveyt də daxil olmaqla 12 ölkənin xarici işlər nazirləri İranı hücumları dərhal dayandırmağa çağıran birgə bəyanat yayıblar.
Diplomatların sözlərinə görə, İslam Respublikasının Körfəz ölkələrinə qarşı hücumları müdafiəsizdir və mülki infrastrukturu və yaşayış məntəqələrini hədəf alır.
Oxşar xəbərlər
İranın Ali Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olunub
İran hakimiyyəti Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı gecikdirməyib. BAKU.WS xəbər verir ki, ölkənin ali rəhbəri Müctəba Xameneinin sər...