"Krokus"dakı terrorda zərərçəkən şəxs təşkilatçıdan bir milyon tələb etdi

26
noy
2024
13:36
Rusiyada, Moskva yaxınlığındakı "Krokus Siti Hol" konsert zalında törədilən terror aktında zərərçəkən şəxsin konsert təşkilatçısına qarşı bir milyon rublluq iddiası məhkəməyə təqdim edilib.
BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, zərərçəkmişin iddiasına görə, təşkilatçılar lazımi səviyyədə təhlükəsizliyi təmin edə bilmədiyi üçün onun istehlakçı hüquqları pozulub.
Xatırladaq ki, Moskva yaxınlığındakı Krokus Siti Holda baş verən terror aktı nəticəsində 145 nəfər həlak olub. Terrorçular binaya daxil olaraq insanları atəşə tutmağa başlayıblar.
Oxşar xəbərlər
Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrılıb
Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb. BAK...
