Kristin Laqardın real maaşı açıqlanandan xeyli yüksək olub

Kristin Laqardın real maaşı açıqlanandan xeyli yüksək olub
Dünya 52

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın gəliri rəsmi hesabatlarda göstərilən məbləğdən təxminən 50 faiz çoxdur.

BAKU.WS-in Financial Times nəşrinə istinadən yaydığı məlumata görə, Laqard 2024-cü il ərzində ümumilikdə təxminən 726 min avro gəlir əldə edib. Halbuki AMB-nin illik hesabatında onun baza əməkhaqqının 466 min avro olduğu qeyd olunub. Bu isə faktiki qazancın rəsmi rəqəmdən təxminən 56 faiz artıq olduğunu göstərir.

Nəşr yazır ki, Laqardın maaşı ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauelin gəlirindən təxminən dörd dəfə yüksəkdir. Bu fakt AMB rəhbərini Avropa İttifaqı daxilində ən çox maaş alan yüksəkvəzifəli məmura çevirib.

Son xəbərlər