Kreml Ermənistanın Aİ-yə üzvlüklə bağlı qanun layihəsinə reaksiya verib
![Kreml Ermənistanın Aİ-yə üzvlüklə bağlı qanun layihəsinə reaksiya verib](https://baku.ws/storage/photos/uploads/thumbs/large/VDLOQD7SyZgBCMLmb2mWwytAybyyOsKim6UPBLMG.webp)
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaqla bağlı qanun layihəsini şərh edərək bildirib ki, Aİ-yə üzvlük növbəsində onilliklər boyu dayanmaq mümkündür.
BAKU.WS xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.
"Hələlik isə biz ondan çıxış edirik ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdən və Avrasiya iqtisadi inteqrasiya proseslərindən faydalanmağa davam edir. Bu dividentlər kifayət qədər açıq-aydındır", – deyə Peskov qeyd edib.
O, Ermənistanın Aİ-yə qoşulmaq istəyini ölkənin suveren haqqı kimi qiymətləndirib.
Bundan əvvəl Ermənistan parlamentinin ölkənin Aİ-yə üzv olması ilə bağlı qanun layihəsini təsdiqlədiyi məlum olub.
Oxşar xəbərlər
Papa xəstəliyinə görə nitq söyləyə bilmədi
Ronma Papası Fransisk çərşənbə günü keçirdiyi ümumi qəbul iclasında çıxışını oxuya bilməyib. Onun bronxit xəstəliyinin davam etdiyi bildirilib. BAKU.WS xəbər ve...
![](/images/banners/placeholder_home_right_az.jpg)