Krasnodarda yerli sakinlər dağıstanlıların avtomobilinə hücum ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada şəhər sakinləri qafqazlıların olduğu avtomobilə hücum ediblər və hadisə video lentə alınıb.
BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, Krasnodar sakinləri içərisində qafqazlılar olan avtomobilə hücum ediblər. Baş verənlərin videosu Dağıstan mediasında yayımlayıb.
Kadrlarda şəhər sakinlərinin ağ "Jiquli" avtomobilinin yolunu kəsdikləri görünür. Daha sonra bir neçə nəfər şüşələri sındırmağa və qapıları qoparmağa başlayır. Hücum edən şəxslər avtomobili aşırırlar.
Kanalın məlumatına görə, avtomobildə Dağıstan sakinləri olublar. Hadisənin səbəbi barədə məlumat yoxdur, lakin paylaşımın müəllifi videoya düşən Krasnodar sakinlərini "nasist" adlandırır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...