Kraliça II Elizabetin uşaqlıq məktubu hərraca çıxarılır
Yeniliklərdən dərhal xəbərdar olun
Kraliça II Elizabetin uşaqlıqda yazdığı məktubu hərraca çıxarılacaq. Onun hərrac dəyərinin 4000 funt sterlinq olduğu qeyd edilib.
BAKU.WS "BBC"yə istinadən xəbər verir ki, məktub "Windsor" qəsrindəki krallıq iqamətgahının xadiməsi Beatris Stillmenə ünvanlanıb. Qeyddə itlərin, atların və kiçik uşaqların təsvirləri yer alır.
Məktubda "Quşlar yaxşıdırmı və akvarium balıqları sağdırmı?" sualı qeyd edilib.
Təşkilatçıların açıqlamalarına görə, məktub yazılanda kraliçanın 10-12 yaşı olub. Məktubu 27 fevralda "Hansons Auctioneers" hərraca çıxaracaq.
Məktubda kraliçanin yığdığı və krallıq iqamətgahındakı personal arasında paylanmasını istədiyi qızılgüllərdən də bəhs edilir.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...