Konqoda təyyarə zolaqdan çıxaraq yandı - Nazir son anda canını xilas edə bildi

Konqoda təyyarə zolaqdan çıxaraq yandı - Nazir son anda canını xilas edə bildi
Video
Dünya 78

Konqo Demokratik Respublikasında (KDR) sənaye naziri Lui Kabambu da daxil olmaqla 20 sərnişin daşıyan təyyarə Kolvezi şəhərinin hava limanında uçuş-enmə zolağından çıxaraq yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Actualite" portalı məlumat yayıb.

Məlumata görə, nazir və heyət üzvləri təyyarəni vaxtında tərk edə biliblər və nəticədə xəsarət alan olmayıb.

Bildirilir ki, Kabambu bölgəyə kobalt mədənində aparılan xilasetmə işlərinin gedişatını yoxlamaq üçün səfər edib. Həmin mədəndə baş verən sürüşmə nəticəsində onlarla insan həlak olub.

Son xəbərlər