Konqo Demokratik Respublikasında Ebola: Yoluxma sayı 1000-i keçdi

Konqo Demokratik Respublikasında Ebola: Yoluxma sayı 1000-i keçdi
Dünya 19

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 1000-i ötüb. Rəsmi məlumatlara görə, ölkədə 1003 təsdiqlənmiş yoluxma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi tərəfindən açıqlanan son epidemioloji hesabatda bildirilir ki, indiyədək 254 nəfər virus səbəbilə həyatını itirib. Ölüm göstəricisi 25,3 faiz təşkil edir.

Məlumata əsasən, hazırda 365 xəstə ya izolasiya şəraitində saxlanılır, ya da xəstəxanalarda müalicə alır. 100 nəfərin isə sağaldığı qeyd olunur.

Səhiyyə qurumları üç bölgədə yayılan epidemiyanın nəzarətdə saxlanılması üçün tədbirlərin davam etdiyini açıqlayıb. Bildirilir ki, kontaktların izlənməsi, laborator diaqnostika imkanlarının genişləndirilməsi və əhali arasında maarifləndirmə işləri gücləndirilib.

Qeyd edək ki, Ebola ciddi yoluxucu virus xəstəliyidir və yüksək ölüm riski ilə xarakterizə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər