Kompüter şüasının zərərlərini bu qidalarla aradan qaldırmaq mümkündür

Gözlər uzun müddət kompüter şüasına (monitor, planşet, telefon kimi cihazlardan yayılan mavi işıq) məruz qaldıqda bu gözlərə həmçinin ümumi sağlamlığa mənfi təsir göstərir. Bu təsirləri azaltmaq və göz sağlamlığını qorumaq üçün bəzi qidaları istehlak etməkdə fayda var.
BAKU.WS xarici KİV-ə istinadən həmin qidaların siyahısını təqdim edir:
A vitamini gözlərin tor qişasının sağlam qalmasına kömək edir. A vitamini ilə zəngin qidalar yerkökü, balqabaq, qırmızı bibər, ciyər (mal, toyuq), yumurta sarısıdır.
Lutein və zeaksantin maddələri gözləri mavi işığın zərərindən qoruyur. Bu daha çox ispanaq, kələm, brokoli, qarğıdalı yumurtanın sarısı, omega-3 yağ turşularının tərkibində var.
Balıq (xüsusilə somon, skumbriya, sardina), çia toxumu, kətan toxumu, qoz göz quruluğunu və iltihabı azaldır.
C və E vitamini göz hüceyrələrini sərbəst radikallardan qoruyur. Portağal, kivi, limon, badam, fındıq, günəbaxan tumu, yaşıl yarpaqlı tərəvəzlər, sinkin tərkibində bu vitaminlərdən var.
Kifayət qədər su içmək göz quruluğunun qarşısını alır. Göz məşqləri etmək (hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxmaq lazımdır). Monitor parıltısını azaltmaq və mavi işıq filtrləri istifadə etmək də faydalıdır.
Oxşar xəbərlər
Səyahət zamanı bu cür çemodanlar seçmək tövsiyyə olunur
Səyahət dedikdə, ağıla gələn ilk lazımlı əşyalardan biri də çemodanlardır. Avtobus, təyyarə, maşın, qatar... Fərqi yoxdur hansı nəqliyayt vasitəsi ilə səyahət e...