Kolumbiya Prezidenti ABŞ təyyarələrinin ölkəyə enməsinə qadağa qoydu
Kolumbiya prezidenti Qustavo Petro ABŞ-dən deportasiya edilən kolumbiyalıları daşıyan təyyarələrin ölkə ərazisinə enməsinə qadağa qoyub.
BAKU.WS xəbər verir ki, prezident Petro bu barədə "X" sosial platformasında paylaşım edib.
"ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır. Kolumbiyalı miqrantları daşıyan Şimali Amerika təyyarələrinin ərazimizə daxil olmasına icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ-da onlara layiqli rəftar qaydaları tətbiq olunmalıdır", - deyə prezident Petro bildirib.
Xatırladaq ki, yanvarın 20-də ABŞ-da sərhəd siyasəti ilə bağlı mühüm bir qərar qəbul edilmişdi. ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalamışdı. Bu qərar, sərhəd təhlükəsizliyini gücləndirmək və qeyri-qanuni miqrasiya ilə mübarizəni intensivləşdirmək məqsədi daşıyırdı.
Kolumbiya hökuməti isə miqrantlarla bağlı ABŞ-ın siyasətinə daha həssas yanaşılmasını tələb edir.
Oxşar xəbərlər
Qərbdən İranla bağlı ETİRAF
Qərb İranı havadan devirməyin mümkünsüzlüyünü etiraf edib. BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetində m...