Kobaxidze: Kavelaşvilinin prezident seçilməsi ölkədə qütbləşməni azaldacaq
Mixail Kavelaşvilinin Gürcüstanın altıncı prezidenti seçilməsi ölkədə qütbləşmənin səviyyəsini azaldacaq.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
"Mən əminəm ki, Mixail Kavelaşvilinin bu mühüm vəzifəyə seçilməsi iyirmi ildən artıqdır ki, dövlətçiliyin və suverenliyin möhkəmlənməsinə, o cümlədən qütbləşmənin azaldılmasına çox mühüm töhfə verəcək", - Baş nazir deyib.
Onun sözlərinə görə, Kavelaşvilinin dövründə prezident institutu öz konstitusion missiyasına qayıdacaq.
Xatırladaq ki, dekabrın 14-də Seçki Kollegiyası Mixail Kavelaşvilini Gürcüstanın altıncı prezidenti seçib. Onun andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...