Kobaxidze: ABŞ səfiri Gürcüstanı Rusiya ilə müharibəyə girmək üçün təzyiq göstərib
Gürcüstanda sülh və sabitliyin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət nəticəsində təmin olunduğu açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə akkreditə olunmuş səfirlərin iştirakı ilə keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti milli maraqları qorumağa, ölkədə sabitliyi və sülhü saxlamağa nail olub.
Kobaxidze vurğulayıb ki, hazırda Gürcüstanda mövcud olan sülh təsadüfi deyil, ardıcıl və düşünülmüş siyasətin nəticəsidir:
"Gürcüstan rəsmiləri dəfələrlə bəyan ediblər ki, 2022-ci ildə Qərb və Ukrayna Tbilisini Rusiyaya qarşı "ikinci cəbhə" açmağa məcbur etməyə çalışıblar. Həmin ilin fevralında o dövrdə baş nazir olan İrakli Qaribaşvili Gürcüstanın Ukraynada aparılan xüsusi hərbi əməliyyatla əlaqədar Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacağını açıqlamışdı".
Kobaxidze həmçinin bildirib ki, 2022-ci ildə ABŞ-nin Tbilisidəki keçmiş səfiri Kelli Deqnan Gürcüstanı Rusiya ilə silahlı münaqişəyə cəlb etmək üçün təzyiqlər göstərib.
Oxşar xəbərlər
28 yaşlı modelin xəstəxanadan görüntüləri yayıldı
Dünyaca məşhur model Anok Yai bir ildir səhhəti ilə bağlı problemlər yaşayır. BAKU.WS xəbər verir ki, amerikalı model bu barədə sosial şəbəkə hesabında paylaşı...