Rusiya ordusu Kiyevə kütləvi zərbələr endirib

Rusiya ordusu Kiyevə kütləvi zərbələr endirib
Foto Video
Dünya 135

Ukraynanın paytaxtı Kiyev şəhəri iyunun 10-na keçən gecə Rusiyanın pilotsuz uçan aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

BAKU.WS xəbər verir ki, bunu Ukrayna paytaxtının meri Vitali Kliçko öz "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri əməliyyat zamanı onlarla pilotsuz təyyarədən istifadə edib. Zərbələr şəhərin yeddi rayonunda - Dneprovski, Darnitski, Desnyanski, Obolonski, Podolski, Solomenski və Şevçenkovskidəki obyektləri hədəf alıb.

"Çoxlu sayda PUA paytaxta daxil olmaqda davam edir",-deyə Kliçko vurğulayıb.

O əlavə edib ki, hücumlar səbəbindən Kiyevin bəzi rayonlarında yanğınlar baş verib. Bunun fonunda şəhərə bütün fövqəladə hallar xidmətlərinin əməkdaşları səfərbər edilib.

İyunun 6-da Ukrayna lideri Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin ölkə boyu kütləvi hücuma keçdiyini bildirib. 

Qeyd olunub ki, Rusiya qoşunları Ukraynada mühüm infrastruktur obyektlərinə, o cümlədən Kiyevdəki iki istilik elektrik stansiyasına zərbələr endirib. Əməliyyat zamanı onlar "X-101", "İskəndər", "Kalibr" raketlərindən istifadə ediblər. 

Son xəbərlər