KİV: Rusiyaya gedən gəmi İsveçin cənub sahillərində quruya düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Vısotsk limanına gedən Panama bayraqlı "Meshka" yük gəmisi İsveçin cənubundakı Landskrona şəhəri yaxınlığında quruya çırpılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı Dəniz Administrasiyasına istinadən məlumat yayıb.
Dəniz Administrasiyasının sözçüsü Byorn Alverfeldta bildirib ki, gəminin yükü yoxdur və Finlandiya sərhədi yaxınlığındakı Vısotska gedir.
Telekanalın məlumatına görə, Sahil Mühafizəsinin nümayəndələri 180 metrlik gəmidədir. Gəmiyə suyun daxil olması barədə məlumat yoxdur.
Silahlı Qüvvələr vəziyyətin nəzarət altında olduğunu və hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Mövcud məlumata görə, gəminin çənlərində 938 min litr mazut var. Hələlik dəniz mühitinə emissiya müşahidə edilməyib. Lakin Sahil Mühafizə Xidməti yanacağın dağılması halında lazımi tədbirlər görməyə hazırdır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...