KİV: Pentaqon Donald Trampa Venesuelaya qarşı hərbi əməliyyat planlarını təqdim edib
ABŞ hərbçiləri Amerika lideri Donald Trampa Venesuelaya qarşı yerüstü hədəflər zərbələr də daxil olmaqla mümkün hərbi əməliyyatların yenilənmiş planlarını təqdim ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istindən məlumat yayıb.
Məlumata görə, Ağ Evdə keçirilən müşavirədə Pentaqon rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak ediblər. Onlar Trampa yaxın günlərdə ABŞ hərbçiləri tərəfindən həyata keçirilə biləcək tədbirlər barədə məlumat veriblər.
Vurğulanır ki, Vaşinqton administrasiyası bu məsələ ilə bağlı hələlik hər hansı yekun qərar qəbul etməyib.
Mümkün hərbi əməliyyatların detalları açıqlanmır.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ötən gün jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, ABŞ Karib hövzəsində narkotiklərin daşınmasının qarşısını almağa yönəlmiş güc tətbiqini davam etdirmək niyyətindədir.
Oxşar xəbərlər
İran ABŞ-nin Bağdaddakı səfirliyinə gecə boyu zərbələr endirib
İran ordusu İraqın paytaxtı Bağdad şəhərində yerləşən ABŞ səfirliyinə gecə boyu hücum edib. BAKU.WS xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetini...