KİV: İrana zərbələr fonunda ABŞ-də neft-qaz sazişlərinin bağlanması dayandırılıb

KİV: İrana zərbələr fonunda ABŞ-də neft-qaz sazişlərinin bağlanması dayandırılıb
Dünya 28

Yaxın Şərqdəki münaqişə və enerji qiymətlərinin kəskin artımı səbəbindən ABŞ-də neft və qaz sazişlərinin bağlanması dayanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bazarlarda sabitlik yaranana və xammal qiymətləri normallaşana qədər bu sahədəki danışıqlar ya ləngiyib, ya da tamamilə dayandırılıb.

Nəşrin yazdığına görə, bəzi iri satış prosesləri artıq pauzaya qoyulub, çünki hazırkı şəraitdə aktivlərin dəyərini düzgün müəyyənləşdirmək çətinləşib. Mütəxəssislər bildirirlər ki, bazardakı qeyri-müəyyənlik investorların qərar qəbul etməsini də xeyli çətinləşdirir.

Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə gərginlik davam edərsə, neft bazarında dalğalanma uzun müddət qala bilər.

Son xəbərlər