KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ-nin keçmiş prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların hərbi rəsmilərinin telefon danışıqlarını dinləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, alman jurnalist Holqer Ştark bunu "Bild"in baş redaktor müavini Paul Ronshaymerə müsahibəsində açıqlayıb.
Starkın sözlərinə görə, Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ administrasiyasının təhlükəsiz şəbəkələrinə çıxışı olmadan, Obama "Air Force One" təyyarəsində olarkən telefon danışıqlarını dinləyib. Bu uçuşlarda ABŞ Prezidenti tez-tez dünya liderləri və kabinet üzvləri ilə məsələləri müzakirə edirdi və zənglər kifayət qədər təhlükəsiz olmaya bilərdi.
Jurnalist əlavə edib ki, Almaniyanın Federal Kəşfiyyat Xidməti bu cür söhbətlər üçün təxminən 20-yə yaxın tezlik təyin edib və telefon dinləməsini həmişə sistemli və rəsmi təlimatlar olmadan həyata keçirib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...