KİV: ABŞ-nin gömrük rüsumları səbəbindən logistikanın əhəmiyyətli hissəsi Türkiyəyə yönləndiriləcək
ABŞ-nin yeni gömrük siyasəti Türkiyəyə beynəlxalq təchizat zəncirlərinin əhəmiyyətli hissəsini özünə cəlb etməyə imkan verəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ankarada maliyyə sektorundan olan mənbə bildirib.
"Biz hazırda ABŞ-nin bu yeni ticarət siyasətinin müsbət perspektivlərini görürük. Məsələ ondadır ki, ABŞ administrasiyasının bu tədbirləri logistikaya, beynəlxalq təchizat zəncirlərinə təsir edəcək. Onların əhəmiyyətli hissəsi Türkiyəyə yönləndiriləcək", - mənbə qeyd edib.
Bildirilib ki, ABŞ-nin daha yüksək rüsumlar tətbiq etdiyi ölkələr Türkiyədəki kimi minimum 10 faizlik dərəcə ilə vergiyə cəlb olunan dövlətlər vasitəsilə ticarət etməyə çalışacaqlar. Bununla yanaşı, bu dövlətlər onlarla azad ticarət sazişinə malikdirlər.
Oxşar xəbərlər
Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda
Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə edə bilməyib. BAKU.WS xəbər verir ki, səslərin 97,36 fa...