Kişinin alt paltarında gizlədilmiş iki nadir tutuquşu aşkar etdilər

Kişinin alt paltarında gizlədilmiş iki nadir tutuquşu aşkar etdilər
Dünya 44

ABŞ–Meksika sərhədində yoxlama zamanı qəribə bir qaçaqmalçılıq cəhdi üzə çıxıb.

BAKU.WS xəbər verir ki, ABŞ vətəndaşı olan bir kişi Meksikadan iki nadir tutuquşunu ölkəyə qanunsuz yolla keçirməyə çalışarkən saxlanılıb. Ən diqqətçəkən məqam isə quşların onun alt paltarına yerləşdirilməsidir.

Hadisə Tixuanadan Kaliforniyaya giriş zamanı müəyyən edilib. Sərhədçilər kişinin şalvarındakı qeyri-adi şişliyi görərək onu yoxlamağa qərar veriblər. Üst geyimi çıxarıldıqdan sonra onun alt paltarında iki kiçik cib və içərisində huşsuz vəziyyətdə olan narıncı rəngli, beynəlxalq mühafizə altındakı tutuquşular tapılıb. Quşlar dərhal karantinə alınıb və vəziyyətlərinin stabil olduğu açıqlanıb.

Kaliforniya Prokurorluğu bildirib ki, şübhəli bu əmələ görə 20 ilədək həbs və 250 min dollar cərimə ilə üzləşə bilər.

Sənədlərə görə, həmin şəxsin daha əvvəl də quş qaçaqmalçılığı ilə bağlı araşdırıldığı qeyd edilib.

Son xəbərlər