Kişi "Porsche Macan"ı zibilliyə atdı - Arvadı "Sevgililər Günü" hədiyyəsini bəyənməyibmiş

Kişi Porsche Macanı zibilliyə atdı - Arvadı Sevgililər Günü hədiyyəsini bəyənməyibmiş
Foto
Dünya 330

Rusiyada, Moskvanın Mıtişçi rayonunda kişi üç milyon rubl (təqribən 90000 manat) dəyərində olan "Porsche Macan" avtomobilini zibil qutusuna atıb. 

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, avtomobili həyat yoldaşına "Sevgililər Günü" hədiyyəsi olaraq alıbmış. Qadın isə bu sürprizi bəyənməyib.

Qeyd olunub ki, Sergey (ad şərtidir) və həyat yoldaşı Alla (ad şərtidir) hazırda münasibətlərində çətin dövr yaşayırlar. Ailə dostlarının dediyinə görə, Sergey ailəsini gözəl hədiyyə ilə xilas etmək istəyib - həyat yoldaşına "Porsche Macan" hədiyyə edib.

Kişi fevralın 14-ü ərəfəsində üç milyon rubla maşın alıb. Qəzadan sonra avtomobil bir az zədələndiyi üçün əvvəlcə ər onu təmir etdirib martın 8-də təhvil verməyi planlaşdırıb.

"Amma özümü saxlaya bilmədim və Sevgililər Günündə hamıya hədiyyə etmək qərarına gəldim", – deyə "Baza" teleqram kanalı kişidən sitat gətirib.

Əzilmiş avtomobili görən arvad hədiyyəni lağa qoyub və qəbul etməyib. Qəzəblənən ər maşını zibilliyə atıb. 

Son xəbərlər