Kimya zavodunda PARTLAYIŞ - zəhərli bulud şəhəri bürüdü

İspaniyanın Alkala-de-Guadayra şəhəri yaxınlığında yerləşən "Plainsur" kimya müəssisəsində baş verən partlayış nəticəsində ətrafa təhlükəli kimyəvi maddələrdən ibarət zəhərli bulud yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Express" nəşri məlumat yayıb.
Hadisədən sonra yerli hakimiyyət təxminən 77 min nəfər əhalisi olan şəhərin sakinlərinə evlərini tərk etməməyi, qapı-pəncərələri möhkəm bağlamağı və çölə çıxmamağı tövsiyə edib.
Zavod işçiləri əvvəlcə yanğına özləri müdaxilə etməyə çalışsalar da, alovun sürətlə yayılması səbəbilə ərazini tərk etmək məcburiyyətində qalıblar. Qara tüstü göyə qalxaraq 80 kilometrə qədər məsafədən görünüb.
Zavodda müxtəlif kimyəvi həlledicilərin saxlanılması buludun tərkibi ilə bağlı narahatlığı daha da artırıb. Son məlumata görə, xəsarət alan olmasa da, fövqəladə xidmət orqanları vəziyyəti nəzarətdə saxlayır.
Qeyd edək ki, bu, son günlər İspaniyada baş verən ikinci oxşar hadisədir. Belə ki, mayın 10-da Barselona yaxınlığındakı kimyəvi anbarlardan birində baş vermiş yanğın nəticəsində 160 min nəfərə evlərindən çıxmamaq göstərişi verilib.
Oxşar xəbərlər
Müənni Çelik yanğın olan ərazilərə getdi: "Lazım gəlsə, xəstələri daşıya bilərəm"
Müənni Çelik Erişçi meşə yanğınları olan əraziyə gedib. BAKU.WS xəbər verir ki, o İzmirin bəzi bölgələrində olub. İfaçı bildirib ki, bu yanğınları kənardan iz...
