Kilauea püskürdü - Lava sütununun hündürlüyü 425 metrə çatdı
ABŞ-nin Havay ştatında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri hesab olunan Kilauea yenidən püskürüb.
BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, vulkan bu il 39-cu dəfə aktivləşərək Halemaumau kraterindən lava püskürüb. Qeyd olunub ki, püskürmə zamanı lavanın hündürlüyü 425 metrə çatıb.
Püskürmə Havay Vulkanları Milli Parkının ziyarətçilər üçün qapalı olan ərazisində baş verib. USGS bildirib ki, əvvəlki aktivliklər zamanı Kilaueadan ümumilikdə təxminən 13 milyon kubmetr lava çıxıb və lava axını saniyədə orta hesabla 500 kubmetr təşkil edib.
Alimlər vulkanın fəallığını daimi nəzarətdə saxlayır və vəziyyətin diqqətlə izlənildiyini bildirirlər.
Oxşar xəbərlər
Qoyunların qarın boşluğunda narkotik gizlədildi – 54,6 kiloqram metamfetamin ələ keçirildi
Türkiyənin Siirt vilayətinin Baykan rayonunda saxlanılan yük avtomobilində aparılan yoxlama zamanı qeyri-adi narkotik qaçaqmalçılığı faktı üzə çıxıb. BAKU.WS ki...