Keçmiş teleaparıcı qiyabi olaraq 6,5 il müddətinə azadlıqdan məhrum edilib

Keçmiş teleaparıcı qiyabi olaraq 6,5 il müddətinə azadlıqdan məhrum edilib
Dünya 102

Rusiyalı keçmiş teleaparıcı Tatyana Lazareva terrora haqq qazandırdığına görə ümumi rejimli koloniyada 6,5 ​​il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Moskva prokurorluğu öz teleqram kanalında məlumat yayıb.

"Prokurorluğun mövqeyini nəzərə alaraq, xarici agent Tatyana Lazareva terrorçuluğa açıq şəkildə bəraət qazandırdığına görə qiyabi olaraq 6 il 6 ay müddətinə ümumi rejimli koloniyaya məhkum edilib", - deyə məlumatda qeyd olunub.

Teleaparıcıya həmçinin 4 il müddətinə yazı yerləşdirmək və internet resurslarını idarə etmək qadağan olunub.

Məhkəmə müəyyən edib ki, 2023-cü il avqustun 14-də Lazareva YouTube kanalına müsahibəsində Rusiya şəhərlərində dronlardan istifadə etməklə terror aktlarının həyata keçirilməsinə sevindiyini bildirib.

Keçmiş teleaparıcı Rusiyada qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. Bundan əlavə, Lazareva ekstremistlər və terrorçular siyahısına əlavə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər