Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi
Kanada Mərkəzi Bankı Kral III Çarlzın portretinin yer aldığı yeni 20 dollarlıq əsginası təqdim edib.
BAKU.WS xəbər verir ki, yeni əsginas paytaxt Ottavada keçirilən tədbirdə ictimaiyyətə təqdim olunub. Bu, Kanadada Kraliça II Elizabetin portretini əvəz edən ilk əsginasdır.
Yaşıl rəngin üstünlük təşkil etdiyi şaquli dizaynlı əsginasın 2027-ci ilin fevral ayının sonlarından mərhələli şəkildə dövriyyəyə buraxılması planlaşdırılır.
Əsginasın üzərində Kral III Çarlzın portreti ilə yanaşı, Kanadanın 13 əyalət və ərazisini təmsil edən bitki simvolları yer alır. Arxa hissədə isə Vimi Milli Memorialı təsvir olunub.
Kanada Mərkəzi Bankı yeni əsginasın saxtalaşdırmaya qarşı əlavə təhlükəsizlik elementlərinə malik olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
Dağıstan (Rusiya Federasiyası) Xalq Məclisinin (parlamentinin) deputatları bu gün Fyodor Şukinin respublika başçısı vəzifəsinə namizədliyini dəstəkləyiblər. BAK...