Kaliforniyada dünyanın ən böyük elektrik stansiyalarından biri yanıb
Kaliforniyanın Moss Landinq şəhərində elektrik stansiyasında yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti Monterey qraflığının fövqəladə hallara cavab departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, bir sıra ərazilərdə evakuasiya elan edilib. Söhbət dünyanın on minlərlə litium batareyası olan ən böyük akkumulyator elektrik stansiyalarından birindən getdiyi vurğulanır.
Xatırladaq ki, yanvarın 7-dən Los-Ancelesdə güclü meşə yanğınları qeydə alınıb. Yanğın əvvəlcə Sakit Okean sahil bölgəsində başlayıb. Sonra yeni yanğınlar görünməyə başlayıb. Vəziyyəti qasırğalı küləklər daha da ağırlaşdırıb və bu, yanğının genişlənməsinə səbəb olub. Bundan əlavə, yanğın hidrantlarında su çatışmazlığı yaranıb və bu da yanğının söndürülməsini çətinləşdirib.
Oxşar xəbərlər
İsrail Qəzza zolağından daha bir girovun qalıqlarını təhvil alıb
İsrail hərbçiləri Qəzza zolağından daha bir girovun meyitini təhvil alıblar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin...