Kaliforniyada 7 bal gücündəki zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib

Kaliforniya ştatı rəhbərliyi 7 bal gücündə zəlzələ baş verməsi səbəbilə fövqəladə vəziyyət elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə ştatın qubernatoru Qavin Nyusom məlumat verib.
"Bu səhər baş verən 7 bal gücündəki zəlzələyə cavab olaraq ehtiyac duyulan yerlərə daha çox resurs göndərmək üçün fövqəladə vəziyyət rejimini təsdiqlədim", - o, X sosial şəbəkəsində yazıb. Qubernator əlavə edib ki, hökumət kaliforniyalıların təhlükəsizliyini təmin etmək və məlumat vermək üçün operativ şəkildə işləyir.
Qeyd edək ki, dünən Kaliforniyada 7 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Sakit Okeanda, Petrolia şəhərindən 63 km qərbdə yerləşib. Zəlzələnin mərkəzi 0,6 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Oxşar xəbərlər
İran raketlərinin modernləşdirildiyini açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin raket proqramı çərçivəsində iki mühüm raket sisteminin yenilənməsini elan edib. BAKU.WS "Mehr" agentliyinə istin...
