Kadırov Rusiyanın yüksəkvəzifəli şəxslərini hədəf aldı

Kadırov Rusiyanın yüksəkvəzifəli şəxslərini hədəf aldı
Dünya 302

"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Daxili işlər naziri Vladimir Kolokoltsev Prezident tərəfindən onlara tapşırılan vəzifələri keyfiyyətlə yerinə yetirmir".

Bu sözləri Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov 13 yaşlı yeniyetmə Müslim Murdiyev işi ilə bağlı danışarkən səsləndirib.

Biz uzun müddət Müslüm Murdiyevin işində iştirak etmişik: hüquq müdafiəçiləri, deputatlar, senatorlar - bütün nümayəndələr, o cümlədən şəxsən mən. Yuxarıda oturanlar, Bastrıkin və Kolokoltsev başda olmaqla istintaq orqanları öz yerlərində oturmurlar",- deyə Ramzan Kadırov əlavə edib.

O, həmçinin miqrasiya məsələsinə toxunaraq, Rusiya Prezidenti ilə Özbəkistan Prezidenti arasında bu problemin ümumi həll yolunun tapılması məqsədilə aparılan müzakirələrdə şəxsən iştirak etdiyini qeyd edib:

"Kolokoltsev əmr verib və gəlmələri, bizə lazım olan qardaşlarımızı döyürlər, saxlayırlar və qovurlar. Sonra isə deyirlər ki, heç kim bizimlə dost olmaq istəmir. Niyə biz Ukraynanı, Gürcüstanı itirdik? Niyə digər dövlətlərlə münasibətlər gərgindir? Çünki insanlar dövlət daxilində nələrin baş verdiyini bilmirlər. Onlar bölgələrə getmir, insanlarla ünsiyyət qurmurlar. Öz kreslolarında oturub qanunsuzluq edirlər, pəncərədən baxıb nə baş verdiyini görmürlər. Allah mütləq onları cəzalandıracaq"

Kadırov həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları Prezident tərəfindən tapşırılan vəzifələri keyfiyyətlə yerinə yetirmir.

"Müslimin məhkəməsi dekabrın 18-dədir. Onu nə həbs edəcəklər, nə də ona bir zərər gələcək. Mən şəxsən hər kəslə danışmışam. O, tezliklə azad olunacaq," - deyə Çeçenistan rəhbəri yekunlaşdırıb.

Xatırladaq ki, Müslim Murdiyevlə bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsində cinayət işi araşdırılır. Onun barəsində bir neçə epizod üzrə ittiham irəli sürülüb. Yeniyetmə artıq yeddi aydır ki, ev dustaqlığındadır. O, qrup halında qabaqcadan əlbir olaraq vətəndaşlara qarşı zor tətbiq etməklə ictimai asayişi kobud şəkildə pozmaqda ittiham olunur. Murdiyevlə yanaşı iş üzrə daha dörd nəfər də ittiham olunur.

Son xəbərlər