İtaliya İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir barəsində istintaqa başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya prokurorluğu İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir barəsində istintaqa başlayıb.
BAKU.WS xəbər verir ki, araşdırma Qəzzaya yardım aparan gəmidə saxlanılan İtaliya vətəndaşlarına qarşı pis rəftar və işgəncə iddiaları ilə bağlı aparılır.
Bildirilir ki, istintaq çərçivəsində nazirin sosial şəbəkədə paylaşdığı görüntülər də araşdırılır. Həmin videoda saxlanılan şəxslərlə davranışın cinayət işi açılması üçün kifayət qədər əsas yaradıb-yaratmadığı qiymətləndiriləcək.
Ben-Qvir isə ittihamları rədd edərək, heç bir araşdırmadan çəkinmədiyini bildirib. O, sosial şəbəkədə paylaşdığı açıqlamada İtaliya ilə bağlı tənqidi ifadələr işlədib və İsrail hərbçilərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Bununla yanaşı, İsrail Həbsxana Xidməti fəallara qarşı pis rəftar edilməsi ilə bağlı iddiaları qəbul etməyib.
Məlumata görə, Avropa İttifaqı da Ben-Qvirə qarşı mümkün sanksiyaların tətbiqini müzakirə edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...