İstanbulun mərkəzində yanğın - Alov nəqliyyat vasitələrinə yayıldı, tüstü şəhəri bürüdü
Bu dəqiqələrdə İstanbulun tarixi Fatih rayonunda qorxulu anlar yaşanır. Belə ki, yaşayış binalarından birində hələlik müəyyən edilməyən səbəbdən qəfildən başlayan güclü yanğın sakinlər arasında böyük təşviş və panikaya hyaradıb.
BAKU.WS xəbər verir ki, binadan yüksələn alovlar qısa müddətdə böyüyərək bütün tikilini ağuşuna alıb.
Vəziyyəti daha da kritikləşdirən məqam isə alovların küçədə park halında olan minik avtomobillərinə keçməsi olub.
Maşınların növbə ilə yanmağa başlaması ərazidəki qorxu və həyəcanı pik həddə çatdırıb.
Bölgəyə çoxlu sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Əraziyə çatan yanğınsöndürmə qrupları həm binadakı yanğını nəzarət altına almaq, həm də küçədə alovlanan nəqliyyat vasitələrini söndürmək üçün dörd bir tərəfdən genişmiqyaslı əməliyyata başlayıblar.
Yanğının miqyası və şiddəti göyə ucalan nəhəng qara tüstü dumanları ilə özünü büruzə verir.
Fatihdən yüksələn və göy üzünü qaranlığa qərq edən yoğun duman buludları İstanbulun bir çox fərqli və uzaq rayonlarından da aydın şəkildə müşahidə olunmaqdadır.
Hazırda yanğının tam söndürülməsi və xəsarət alanların olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Oxşar xəbərlər
Şahzadə Harri ilə Meqan Markl 4 ildən sonra ilk dəfə bunu edəcək
Şahzadə Harri ilə həyat yoldaşı Meqan Markl 4 ildən sonra ilk dəfə ailəsi ilə birlikdə Böyük Britaniyaya səfər edəcək. BAKU.WS xəbər verir ki, bu barədə "BBC",...