İstanbulda yeraltı su anbarında 3 mindən çox silah hissəsi ələ keçirilib
İstanbulun Pendik rayonunda yerin altında yerləşən boş su anbarında gizlədilmiş külli miqdarda qanunsuz silah hissələri aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, əməliyyat İstanbul Şəhər Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin keçirdiyi tədbirlər çərçivəsində həyata keçirilib. Silah qaçaqmalçılığı və qeyri-qanuni istehsalla bağlı aparılan araşdırmalar zamanı sözügedən ərazi xüsusi nəzarətə götürülüb.
Dronla aparılan müşahidə zamanı bəzi şəxslərin torpaq altına daxil olub-çıxdığı diqqət çəkib. Sonrakı araşdırmalar nəticəsində onların istifadə etdiyi yerin yeraltı, istifadəsiz qalmış su anbarı olduğu müəyyənləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı anbarın içərisində kisələrdə gizlədilmiş minlərlə silah hissəsi aşkarlanıb. Ümumilikdə 3 092 ədəd müxtəlif detal, o cümlədən 1 869 ədəd tapança sürgüsü və digər aksesuarlar ələ keçirilib.
Əməliyyat nəticəsində dörd şübhəli şəxs saxlanılıb.
Qeyd olunur ki, bu, Türkiyə ərazisində bir əməliyyat çərçivəsində aşkarlanan ən iri həcmli qanunsuz silah istehsal hissələrindən biri hesab olunur. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Ronaldonun keçmiş aşpazından maraqlı tövsiyə
Kriştiano Ronaldonun keçmiş aşpazı Corcio Barone maraqlı və mübahisəli açıqlama ilə çıxış edib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki o, böyüklərin süd...