İstanbulda turistlərin zəhərlənməsi ilə bağlı yeddi nədər saxlanıldı
Türkiyədə İstanbul polisi Almaniyadan olan üç vətəndaşın zəhərlənərək ölməsi ilə bağlı araşdırma çərçivəsində daha bir neçə nəfəri saxlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, turistlərin qaldığı hotelin əməkdaşı, həmçinin orada dezinseksiya (həşəratlarla mübarizə - red.) aparan şirkətin iki əməkdaşı saxlanılıb.
Ümumilikdə, saxlananların sayı yeddi nəfər təşkil edib ki, onlardan dördü turistlərin ziyarət etdiyi iaşə müəssisələrinin işçiləridir.
Polis turistlərin həşəratların məhv edilməsi işlərində istifadə olunan maddələrdən zəhərlənməsi ehtimalını araşdırır. Daha əvvəl bildirilmışdi ki, noyabrın 9-da Fatih rayonundakı "Harbour suits old city" mehmanxanasında Almaniyadan olan ailə qalıb, onların üç üzvü, o cümlədən üç və altı yaşlarında iki uşaq Beşiktaş rayonunda olan kafelərdən birində yedikləri midiyalar və kartofdan zəhərlənərək ölüblər. Ailənin üzvlərindən biri xəstəxanaya reanimasiya şöbəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Tramp keçmiş tərəfdaşını satqınlıqda ittiham etdi
ABŞ Prezidenti Donald Tramp keçmiş tərəfdaşı, Respublikaçılar Partiyasından konqresmen Marcori Teylor Qrini satqınlıqda ittiham edib. BAKU.WS Oxu.Az-a istinadən...