İstanbul Polis İdarəsinin qarşısında LÜKS AVTOMOBİL KOLLEKSİYASI

İstanbul Polis İdarəsinin qarşısında LÜKS AVTOMOBİL KOLLEKSİYASI
Foto
Dünya 97

İstanbulda hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində avtomobil qaçaqmalçılığı ilə bağlı şəbəkə zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, əməliyyatda bazar dəyəri təxminən 65 milyon lirə olan 11 lüks avtomobil ələ keçirilib, 14 şübhəli saxlanılıb.

İstanbul Polis İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, xarici ölkələrdən alınaraq turistik güzəştlər çərçivəsində Türkiyəyə gətirilən avtomobillər qanunla nəzərdə tutulan müddətdə geri qaytarılmayıb.

Əksinə, həmin müddət qəsdən uzadılıb və avtomobillər ölkə daxilində istifadə olunub.

İstintaq çərçivəsində bəzi nəqliyyat vasitələrinin rəsmi qeydiyyat prosedurları tamamlanmadan aşağı qiymətlərlə üçüncü şəxslərə satıldığı aşkarlanıb.

Bundan əlavə, müəyyən olunub ki, avtomobillərin bir hissəsi xaricdə bank kreditləri hesabına alınıb, kredit öhdəlikləri yerinə yetirilmədiyi üçün həmin nəqliyyat vasitələri barədə oğurluq qeydi yaradılıb və İnterpol tərəfindən axtarışa verilib.

Saxlanılan şəxslər barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məlumata görə, ələ keçirilən avtomobillərdən biri sosial mediada avtomobil ekspertizası paylaşımları ilə tanınan F. G.-nin adına qeydiyyatda olub.

Avtomobillər İstanbul Polis İdarəsinin qarşısına düzülüb. Lüks kolleksiya ictimaiyyətə nümayiş etdirilib.

Son xəbərlər