İsrailin Livandakı əməliyyatı ABŞ seçkilərinə qədər bitməyəcək

İsrailin Livandakı əməliyyatı ABŞ seçkilərinə qədər bitməyəcək
Dünya 9

İsrailin siyasi rəhbərliyinin ritorikasının dəyişməsi və əhalinin sərhədyanı ərazilərdən təxliyyəsinin miqyası Qərbdə əməliyyatın tezliklə başa çatması ilə bağlı şübhələri artırır.

BAKU.WS "Financial Times"a istinadən xəbər ki, İsrailin Livanda genişlənən hərbi əməliyyatı ABŞ-də noyabrın 5-nə təyin edilmiş prezident seçkilərinə qədər bitməyəcək.

Nəşr qeyd edir ki, İsrailin siyasi rəhbərliyinin ritorikasının dəyişməsi və əhalinin sərhədyanı rayonlardan təxliyyəsinin miqyası Qərbdə əməliyyatının tezliklə başa çatması ilə bağlı şübhələri artırır.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum təşkil edərək, İsrail sərhədindəki yaşayış məntəqələrinin sakinlərini öldürublər. Buna cavab olaraq İsrail Fələstin anklavında quru əməliyyatına başlamazdan əvvəl Qəzza zolağına, eləcə də Livan və Suriyanın bəzi hissələrinə hava zərbələri endirib.

Son xəbərlər