İsrailin Livana hücumu zamanı FƏTH-in komandiri yaralanıb

İsrailin Livana hücumu zamanı FƏTH-in komandiri yaralanıb
Dünya 19

İsrail ordusunun Livanın cənubunda yerləşən "Əyn-əl-Hilvə" adlı fələstinli qaçqın düşərgəsinə hücumu nəticəsində Fələstinin FƏTH hərəkatının yüksək rütbəli komandiri Münir əl-Makdəh yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "əl Hadath" telekanalı məlumat yayıb.

"Lebanon 24" xəbər portalı isə yazır ki, hücum nəticəsində beş yerli sakin həlak olub. Raketlər Münir əl-Makdəhin evinə atılıb, lakin fələstinlini öldürmək cəhdi uğursuz olub, çünki o, həmin vaxt evdə olmayıb.

Avqustun 21-də Münir əl-Makdəhin qardaşı, FƏTH-in Livandakı silahlı qanadı olan "Əl-Əqsa Şəhidlər Briqadası"nın rəhbəri Xəlil, İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub. Onun avtomobilinə Sayda şəhərində raket atılıb.

Qeyd edək ki, "Əyn-əl-Hilvə" düşərgəsi Livanda yerləşən ən böyük fələstinli düşərgəsidir. Bu düşərgədə 100 mindən çox insan yaşayır. Ümumilikdə Livanda daxili muxtariyyətdən faydalanan 12 fələstinli qaçqın düşərgəsi var və qaçqınların ümumi sayı 450 min nəfər olaraq qiymətləndirilir.

Son xəbərlər