İsraildə terrorçular artıq edam ediləcək
İsrail Knesseti (parlamenti) terrorçular üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məlumat verib.
"Tarix yazıldı! Söz verdik - yerinə yetirdik. Terrorçular üçün ölüm hökmü İsrail dövlətinin qanun kitabına əlavə edildi", - deyə o əlavə edib.
Dövlət televiziyası "Kan"ın məlumatına görə, hökm asılmaqla icra ediləcək.
Qanun layihəsi, həlledici üçüncü oxunuşda 120 yerlik Knessetin 62 üzvünün dəstəyini qazanıb. Baş nazir Benyamin Netanyahu və digərləri qanunun lehinə səs verib. Parlamentin qırx səkkiz üzvü isə tədbirin əleyhinə səs verib.
Oxşar xəbərlər
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
İran "Gerçək vəd – 4" əməliyyatının 87-ci dalğasını həyata keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barərə İran İslam İnqilabı Keşikçiləri Korpus...