İsraildə 1966 fələstinli məhbus azadlığa buraxılacaq

İsraildə 1966 fələstinli məhbus azadlığa buraxılacaq
Dünya 18

Yaxın günlərdə İsrail həbsxanalarından 1966 fələstinli məhbus azad ediləcək.

BAKU.WS reuters-ə istinadən xəbər verir ki, mənbələrin məlumatına görə, 1716 nəfər Qəzza zolağının cənubundakı "Ən-Nasir" tibb kompleksinə aparılacaq. 250 nəfər isə - ömürlük həbs cəzası çəkənlər - İsrailin hüdudlarından kənara, Qüdsə və İordan çayının qərb sahilinə göndəriləcək.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı oktyabrın 13-də bəyan edib ki, İsrail razılaşmadan imtina etmədiyi halda, Qəzza üzrə əldə edilən sazişə əməl etməyə hazırdır.

Həmin gün Al Aqsa telekanalı da ilk girov qrupunun Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verildiyini açıqlayıb.

Reuters qeyd edir ki, HƏMAS azad ediləcək 154 məhbusun siyahısını dərc edib. Onların hamısı ömürlük həbs cəzası çəkən 250 nəfər arasında yer alır və azadlığa çıxdıqdan sonra fələstin ərazilərindən kənara göndəriləcəklər.

Son xəbərlər