İsrail yenilənmiş sülh layihəsini HƏMAS-a təhvil verib
İsrail yenilənmiş sazişini Fələstinin HƏMAS hərəkatına təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" portalı yazıb.
Qeyd olunur ki, yeni layihə bəzi israilli girovların azad edilməsini, eləcə də Qəzza zolağında atəşkəsin əldə olunmasını nəzərdə tutur.
Yeni razılaşma ötən həftə baş nazir Benyamin Netanyahu, nazirlər və təhlükəsizlik qurumlarının rəhbərləri arasında keçirilən görüşdə razılaşdırılıb. Sənəd iki tərəf arasında danışıqların mümkünlüyünü təklif edir. Bundan əlavə, 42 gündən 60 günə qədər atəşkəs nəzərdə tutulur.
Qeyd edək ki, Fələstinin HƏMAS və FƏTH təşkilatları müharibədən sonrakı Qəzza zolağının idarə olunması üçün birgə komitə yaratmaq barədə də razılığa gəliblər. Onlar Qahirədə baş tutan danışıqlardan sonra sazişi təsdiqləyiblər.
Sənədə əsasən, birgə komitəyə humanitar yardım, təhsil, səhiyyə, iqtisadiyyat və İsraillə müharibə başa çatdıqdan sonra Qəzza zolağının yenidən qurulmasına cavabdeh olacaq 10-15 nəfər daxil olacaq.
Oxşar xəbərlər
Təyyarə qəzasında xəsarət alanlardan səkkizi süni tənəffüs aparatına qoşulub
Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyy...