İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Livandakı "Hizbullah" hərəkatının hədəflərini, təşkilatın terror imkanlarını və hərbi infrastrukturunu azaltmaq məqsədilə bombalayır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir. Bİldirilib ki, bu, sakinlərin öz evlərinə qayıtmasına imkan verəcək və digər hərbi məqsədlərə nail olmaq üçün yol açacaq.
"Hizbullah" Livanın cənubunu müharibə zonasına çevirib və onilliklər ərzində oradakı mülki əhalidən canlı qalxan kimi istifadə edib", - deyə İsrail Müdafiə Qüvvələrindən bildirilib.
Livan mediası isə ölkənin cənubunun indiyədək görünməmiş intensivliklə bombalandığını yazır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...