İsrail kəşfiyyatı Əli Xameneini müşahidə kameraları ilə izləyirmiş
İsrail kəşfiyyatının bir neçə il ərzində Tehranda İranın Ali Rəhbəri ayətullah Əli Xameneinin iqamətgahının yerləşdiyi ərazidə quraşdırılmış müşahidə kameralarından onlayn rejimdə görüntülər əldə etdiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, bu məlumatlar vasitəsilə mühafizə sistemi və digər mühüm təhlükəsizlik parametrləri analiz edilib və nəticədə həyata keçirilən əməliyyata zəmin yaradılıb.
Məlumata görə, iqamətgaha zərbə endirilməzdən əvvəl ərazi ətrafında yerləşən bir sıra mobil rabitə baza stansiyaları uzaqdan sıradan çıxarılıb. Bu isə mühafizə xidmətinin mümkün təhlükə barədə operativ məlumat almasının qarşısını alıb.
Həmçinin iddia edilir ki, İsrail qırıcıları havaya qalxdığı vaxt ABŞ tərəfindən İranın situasiya məlumatlandırma sistemlərinə qarşı genişmiqyaslı kiberhücum həyata keçirilib. Bu addımın hava zərbəsi üçün "yol açmaq" məqsədi daşıdığı bildirilir.
Qeyd olunan məlumatlarla bağlı tərəflərdən rəsmi təsdiq və ya təkzib hələlik verilməyib.
Oxşar xəbərlər
ABŞ səfirliyi Beyrutdakı vətəndaşlarına "sığınacaqda qalın" çağırışı edib
ABŞ-nin Livandakı səfirliyi Beyrutda yaşayan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları "yerində sığınacaqda qalmağa" çağırıb. BAKU.WS xəbər ve...