İsrail "Hizbullah"ın raket bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb
19
noy
2024
20:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah" təşkilatının raket bölməsinin komandiri Əli Taufik Düeyki zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilib.
"Düeyk 2024-cü ilin sentyabrından ortamənzilli raket bölməsinə rəhbərlik edirdi. O, bu vəzifədə öldürülmüş əvvəlki komandiri əvəz etmişdi", - açıqlamada qeyd olunub.
Mətbuat xidməti bildirib ki, Əli Taufik Düeyk Hayfa və İsrailin mərkəzi hissəsinə doğru 300-dən çox raketin atılmasına görə məsuliyyət daşıyırdı.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...