İsrail "Hizbullah"ın mərkəzi dəniz qüvvələri bazasına hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələri Beyrutda "Hizbullah"ın mərkəzi dəniz qüvvələri bazasına hücum edib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, İsrail təşkilatın silah anbarlarına zərbələr endirib. Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat verib.
Beyrutdakı hədəflər arasında "Hizbullah"ın hərbi sürətli qayıqların və təlim mərkəzinin yerləşdiyi mərkəzi hərbi-dəniz bölməsi bazası olub.
"Zərbələr endirilməzdən əvvəl mülki əhaliyə zərər vermə riskini azaltmaq üçün bu bölgədə dəqiq və əvvəlcədən xəbərdarlıqların göndərilməsi də daxil olmaqla çoxsaylı tədbirlər görülüb", - SAXAL-ın mətbuat xidməti qeyd edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...