İsrail Beyruta zərbələr endirdi, "Hizbullah" raket hücumuna görə məsuliyyəti üzərinə götürdü
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu "Hizbullah"ın raket hücumuna cavab olaraq Livanın paytaxtı Beyrutun Dahiya bölgəsində qruplaşmaya məxsus hədəflərə hava zərbələri endirib.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.
Bəyanatda vurğulanıb ki, İsrail öz ərazisinin atəşə tutulmasına göz yummayacaq və təhlükəsizliyini təmin etmək üçün zəruri addımları atmağa davam edəcək.
Bu arada "Hizbullah" rəsmi "Telegram" kanalında yaydığı açıqlamada Livanın Nəbatiyə vilayətinin Əl-Ədissa şəhəri yaxınlığında İsrail ordusuna məxsus yeni artilleriya mövqeyini raket atəşinə tutduğunu bəyan edib.
İsrail Müdafiə Ordusunun məlumatına görə, "Hizbullah" ölkənin şimal bölgələrinə üç mərmi atıb. Bildirilib ki, mərmilər Şomra və Şlomi yaşayış məntəqələri yaxınlığına düşüb və bu hücum atəşkəs rejiminin ciddi şəkildə pozulması kimi qiymətləndirilir.
İsrail tərəfi əlavə edib ki, son insident ötən həftəsonu eyni istiqamətdə qeydə alınmış daha iki mərmi hücumundan sonra baş verib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...