İsmayıllıda güclü külək fəsadlar törədib, onlarla ailə işıqsız qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda əsən güclü külək iri gövdəli ağacı aşırıb, elektrik xətləri sıradan çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, İsmayıllı rayonunda ötən gün axşam saatlarından başlayan güclü külək fəsadlar törədib.
Belə ki, rayonda məcburi köçkünlər üçün salınmış yaşayış sahəsində külək iri gövdəli ağacı aşırıb.
Nəticədə ərazidəki 10 kv-luq elektrik dirəklərindən biri aşıb, digəri isə zədələnib. Kabellərin zədələnməsi səbəbindən 55 ailənin elektrik enerjisi ilə təminatı dayandırılıb.
Hazırda aidiyyəti qurumun əməkdaşları hadisə yerinə cəlb olunub və qəzanın aradan qaldırılması üçün zəruri işlər həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...