İsmayıl Bəqai: Minabdakı qızlar məktəbinə Amerikanın iki "Tomahawk" raketi atılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Minab şəhərindəki məktəb binasına ABŞ-yə aid iki "Tomahawk" raketi atılıb.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Minabda məktəb binasına atılan sursat növünün ABŞ-yə aid iki "Tomahawk" raketi olduğu müəyyən edilib.
İsmayıl Bəqai bu barədə "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.
"Onlar iki "Tomahawk" raketindən istifadə ediblər. Yeganə məqsəd itkilərin maksimum sayını çoxaltmaq olub" - deyə Bəqai qeyd edib.
İran XİN sözçüsü onu da bildirib ki, ABŞ məktəblərə, xəstəxanalara və digər müəssisələrə hücumları onların hərbi bazaların yaxınlığında yerləşdiyini iddia etməklə əsaslandırır.
Xatırladaq ki, İran rəsmi mənbələrdə Minab şəhərindəki Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinin binasına atılan raket zamanı 168 şagirdin öldüyünü bildirib.
Həlak olan şagirdlər martın 3-də dəfn olunub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...