İraqda güclü qum FIRTINASI – Yüzlərlə insan zərər çəkib

İraqın mərkəzi və cənub bölgələrinə güclü qum fırtınası baş verib.
BAKU.WS-in məlumatına görə, yerli səhiyyə qurumlarının verdiyi məlumata görə, təbii hadisə nəticəsində 1800-dən çox insan tənəffüs problemləri səbəbindən zərər çəkib.
Müsənna vilayətində 700-dən çox insan boğulma şikayəti ilə xəstəxanalara müraciət edib. Nəcəf vilayətində isə bu səbəbdən 250-dən çox insan xəstəxanaya yerləşdirilib.
Qum fırtınası həmçinin Nəcəf və Bəsrə hava limanlarının fəaliyyətinə də ciddi təsir göstərib – uçuşlar dayandırılıb.
BMT-nin məlumatına əsasən, İraq iqlim dəyişikliyinin təsirlərindən ən çox zərər görən ilk beş ölkə sırasında yer alır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, regionda qum fırtınalarının tezliyi və intensivliyi gələcəkdə daha da arta bilər.
❗️🇮🇶 - A colossal sandstorm swept across Iraq, cloaking the nation in an eerie orange haze that darkened skies and slashed visibility to near zero.
— 🔥🗞The Informant (@theinformant_x) April 15, 2025
The tempest, which transformed day into a surreal twilight, drove over 1,800 people to hospitals with respiratory issues as fine… pic.twitter.com/AQN0zKhMYp

Oxşar xəbərlər
ABŞ-İran danışıqlarının yeri və tarixi dəqiqləşdi
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı növbəti məsləhətləşmələrin 19 aprel tarixində Romada keçirilməsi planlaşdırılır. BAKU.WS Oxu.Az-a istinadə...