İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqın şimalındakı ən iri "Xor-Mor" (Khor Mor) qaz yatağının operatoru olan BƏƏ-nin "Dana Gas" şirkəti təhlükəsizlik təhdidləri və bölgədə gərginliyin artması səbəbindən əsas istehsal obyektlərinin fəaliyyətini dayandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" şirkətin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hasilatın dayandırılması regionda elektrik enerjisi istehsalı gücünün 2 500 MVt azalmasına səbəb olub. Əhəmiyyətli qaz ehtiyatlarına malik olan "Xor-Mor" yatağı regionda elektrik enerjisi istehsalı üçün əsas yanacaq mənbəyidir.
Daha əvvəl Bəsrədə pilotsuz uçuş aparatının neft tankerinə çırpılmasından sonra bütün İraq terminallarında xam neftin yüklənməsi dayandırılmışdı.
"Xor-Mor" İraq Kürdüstanında neft və təbii qazın ən böyük və ən zəngin yataqlarından biridir. O, Süleymaniyyə mühafazasında, Ərbildən 180 km cənub-şərqdə yerləşir. Yatağın işlənməsini "Pearl Petroleum" konsorsiumu (əsas iştirakçılar "Dana Gas" və "Crescent Petroleum") həyata keçirir. Qazın geoloji ehtiyatları 300 milyard kubmetrdən çox qiymətləndirilir.
Oxşar xəbərlər
ABŞ Meksika narkokartellərini terror təşkilatları siyahısına daxil edib
ABŞ Dövlət Departamenti Meksikanın "Xuarez" (Juárez Cartel) və "Los Viagras" narkokartellərinin xarici terror təşkilatları və xüsusi kateqoriyalı qlobal terrorç...