İranla gərginlik artır: Onlarla ABŞ təyyarəsi İordaniya hərbi bazasında GÖRÜNTÜLƏNDİ
İranla əlaqələrdə gərginliyin artması fonunda İordaniya ərazisində ABŞ hərbi təyyarələrinin sayı kəskin şəkildə artıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri peyk görüntülərinə və uçuş məlumatlarına istinadən yazıb.
Jurnalistlərin sözlərinə görə, ABŞ aviasiya qruplaşmasının yerləşdirilməsi "Muvaffak Salti" hərbi bazasında qeydə alınıb.
"Mərkəzi İordaniyadakı baza ABŞ hərbçiləri tərəfindən İrana mümkün zərbələrin planlaşdırılması üzrə əsas mərkəzə çevrilib", - deyə nəşrdə bildirilib.
Qeyd olunur ki, peyk görüntülərində 60-dan çox təyyarəni görmək mümkündür. Bu rəqəm həmin obyektdə adi mövcudluqdan göstəricilərini təxminən üç dəfə üstələyir.
Bundan əlavə, uçuşların izlənməsi məlumatlarının təhlili göstərir ki, fevralın 15-dən bəri bazaya ən azı 68 nəqliyyat təyyarəsi eniş edib.
Məqalə müəllifləri ehtimal edirlər ki, əlavə qırıcı təyyarələrin bir hissəsi sığınacaqlarda ola bilər. Fotoşəkillərdə həmçinin müasir "F-35" qırıcılarını, bir neçə pilotsuz uçuş aparatını (PUA), helikopterləri və yeni hava hücumundan müdafiə sistemlərini də görmək mümkün olub.
İordaniya məmurları qəzetə izah ediblər ki, texnikanın yerləşdirilməsi Vaşinqtonla ikitərəfli müdafiə müqaviləsi çərçivəsində həyata keçirilir.
Oxşar xəbərlər
ABŞ-dən İrana sərt siqnal: Ən böyük aviadaşıyıcı Aralıq dənizinə daxil oldu
Ötən gün ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Gerald R.Ford" adlı aviadaşıyıcısı Cəbəllütariq boğazından keçərək Aralıq dənizinə daxil olub. BAKU.WS Oxu.az-a istin...